İTV-nin yeni direktoru kadr dəyişikliyinə başladı
6 İyun 2018 09:37 Sosialİctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib. О , dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub. TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Yeni rəhbərliyin "Carçı" xəbərlər departamentinə nəzarət edən Murad Hüseynov bu posta təyin olunub. O, baş direktorun müavini vəzifəsinə təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31