Sosial
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
Folklor İnstitutunda görüş
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.
Barda çalışan qadınları liftdə bıçaqlayan şəxs HAKİM QARŞISINDA
Bakıda liftdə barda çalışan iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əlizadə özünü təqsirli bilməyib. O, Elyanora Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş.Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.
Azərbaycanda qış yuxusundan ayılan ayılar kəndə hücum edib
Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib. Bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundn qorumaqda çətinlik çəkirlər: “Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.
Yüz manatlarla tərini silib, yerə atdı – VİDEO
Azərbaycanda milli pulla tərini silən şəxsin videosu yayılıb. Sosial şəbəkələrdə yayılan videoda görünən şəxs əlində olan yüz manatlıq əskinaslarla tərini silir, daha sonra pulu əzərək zibil kimi maşının içinə atır.
İydə ağacı 2500 manat cəriməyə SƏBƏB OLDU
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
"ASAN Ödəniş" dövlət informasiya sistemində YENİLİK
Olaylar.az bildirir ki, vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini artıq “ASAN Ödəniş” sisteminə uğurla inteqrasiya edilmiş “e-Manat” ödəmə terminalların vasitəsilə də həyata keçirə bilərlər. Yaxın zamanda isə digər növ dövlət ödənişlərini də “ASAN Ödəniş” sisteminə qoşulmuş istənilən ödəniş terminalları və portalları, bank, poçt və digər yığım təşkilatları, həmçinin “e-Manat” ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər.
Zaqatalada səyyar xidmət təşkil edilib
Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda səyyar xidmət təşkil edib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan Zaqatalada təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 40 nəfər istifadə edib. Onlardan 17-nə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 8 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.
Milli mənəvi dəyərlər, yoxsa insan hüquqları?
Deputat: “Kiminsə geyiminə, yaşam tərzinə müdaxilə etmək olmaz” Sosial şəbəkədə metro vaqonunda qısa şortik geyinən gənc qızın döyüldüyünü əks etdirən videogörüntü yayılması cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Göründütə sərnişinlərdən biri şortik geyindiyinə görə qızla mübahisə edib. Bu zaman araya girən yaşlı qadın mübahisəni yatırmaq əvəzinə şortik geyinən qıza hucüm çəkib.
Ötən ay 195-2 Çağrı Mərkəzinə 1800-dək müraciət olub
May ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


.jpg)











.jpg)