Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub.Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər. M.Kərimli bildirib ki, cari ilin 5 ayında da dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib. Özünüməşğulluq proqramı çərçivəsində məcburi köçkünlərin məşğulluğuna dəstək verildiyini qeyd edən M.Kərimli diqqətə çatdırıb ki, ötən il həmin proqram vasitəsilə 206 məcburi köçkün ailəsi kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə də 1100-ə yaxın məcburi köçkün ailəsinin özünüməşğulluq proqramında iştirakı proqnozlaşdırılır, artıq onlardan bir hissəsi bunun üçün kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31