Barda çalışan qadınları liftdə bıçaqlayan şəxs HAKİM QARŞISINDA
Bakıda liftdə barda çalışan iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əlizadə özünü təqsirli bilməyib. O, Elyanora Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş.Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.
22 İyun 2018 14:21 SosialBakıda liftdə barda çalışan iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əlizadə özünü təqsirli bilməyib. O, Elyanora Osmanova ilə yaxın münasibətlərinin olduğunu etiraf edib. Ş.Əlizadə söyləyib ki, işdə zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda da eyni barda işləyirlər.
İttihamda yazılıb ki, Ş.Əlizadənin yaxın münasibəti olduğu Elyanoranın bıçaqlanan şəxslərlə telefon üstündə mübahisəsi olub. Bu mübahisəni həll etmək, sevdiyi qadının telefonunu geri almaq istəyən Şəhriyar onları bıçaqla vurub.
Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Ş.Əlizadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ş.Əlizadənin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə prosesi iyunun 29-da davam edəcək.
Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.
Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş. Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb.
Hətta rəsmi məlumatda hər iki şəxsin birlikdə fotosu da yayılıb.
Məhkəmədə məlum oldu ki, E.Osmanova bu işdə təqsirləndirilən şəxs qismində iştirak etmir.
Belə ki, E.Osmanova növbəti iclaslarda şahid qismində dindiriləcəkdi. Amma onun tapılması və məhkəməyə gətirilməsi mümkün olmayıb.
Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Amma sonra bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib. Lent.az