Sosial
ƏMDK-da anım tədbiri keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Komitədən “Olaylar”a bildirilib ki, tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi.
Fazil Mustafa: “Rəsulzadənin kimliyi barədə düşünməyi bacarmayıblar”
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ata evi üzərindəki barelyefini oğurlayan şəxslər polis tərəfindən saxlanılıblar. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, "Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb."
Məktəblərdə qış tətili təxirə salınacaq? – Nazirlikdən cavab
Tarix İnstitutunda AMEA-nın yaranması tarixi araşdırılır
“Son illərdə Tarix İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatı (Azərbaycan və rus dillərində) ortaya qoyub”. Tarix İnstitutundan Olaylar.az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması tarixi (1920-1945)” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.
Nazir vətəndaşları qəbul edib
Sabahın hava proqnozu açıqlanıb
Tovuzda epizootiya əleyhinə işlərə başlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.Nazirlikdən “Olaylar”a bildirilib ki, bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə
.jpg)
.jpg)










_(1).jpg)

