Tovuzda epizootiya əleyhinə işlərə başlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.Nazirlikdən “Olaylar”a bildirilib ki, bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.Nazirlikdən "Olaylar"a bildirilib ki, bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. 102 kəndi, 2 şəhəri əhatə edən Tovuz rayonunda epizootik durum sabitdir. Buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin epizootiya əleyhinə profilaktik tədbirlərinə başlanılıb. 15 sahə baytarlıq məntəqəsi vasitəsi ilə müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri "soyuq zəncir" rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31