Məktəblərdə qış tətili təxirə salınacaq? – Nazirlikdən cavab
18 Yanvar 2019 13:53 SosialTəhsil Nazirliyi məktəblilərin qış tətilinin təxirə salınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Azvision.az-a bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.
Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31