ƏMDK-da anım tədbiri keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Komitədən “Olaylar”a bildirilib ki, tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi.
18 Yanvar 2019 14:15 SosialƏmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Komitədən "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi. 1990-cı ilin 19-20 yanvar tarixlərində totalitar Sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan etdi. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları əlisilahlı sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda şəhidlik zirvəsinə ucaldılar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrildi.