Sosial

Gənclərə hansı qadağalar qoyulur?

25 Yanvar 2019 14:47

Azərbaycanda “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşir.“Olaylar” xəbər verir ki, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik təklif edilir.Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə əlavə edilən 6-cı bəndə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstərilir:

Fobiyalar nə zaman yaranan qorxulardır?

25 Yanvar 2019 14:40

Şişirdilmiş və məntiqsiz görünən, fərqli reaksiyaların verildiyi qorxu halı fobiya adlanır. Fobiya mütləq hansısa hadisələrin nəticəsi olaraq yox, bəzən səbəbsiz yaranır. Fobiyası olan insanlar qorxularının məntiqsiz olduğunu bilirlər, amma ona qarşı heç nə edə bilmirlər. Fobiyaların üç növü var:

Aİİ-də valideynlər imtahan prosesini izləyiblər

25 Yanvar 2019 13:50

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının payız semestri davam edir. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, bu məqsədlə yanvarın 25-də İnstitutda təhsil alan tələbələrin valideynləri və İctimai Şuranın üzvləri imtahan prosesinin gedişatını izləyiblər.

Müəllim və valideynlər qəbul edilib

25 Yanvar 2019 13:42

Yanvarın 25-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan işlərə dair mətbuat konfransı keçirilib

25 Yanvar 2019 13:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Bunu övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan işlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.

Müəllimlər üçün təlimlər keçirilir

25 Yanvar 2019 12:51

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Metodologiya təlimlərinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, metodologiya təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

Universitet və İnstitut arasında elmi-texniki əməkdaşlıq

25 Yanvar 2019 12:33

Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutu arasında elmi-texniki əməkdaşlıq protokolu imzalanıb. Olaylar.az bildirir ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq elmi-pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan protokol ADU-nun rektoru akademik Kamal Abdulla və Aİİ-nin rektoru Ceyhun Məmmədov tərəfindən imzalanıb.