Sosial

Yuxuda soğan görsəniz...

26 Yanvar 2019 09:56

Vətəndaşlar miqrasiya sahəsində maarifləndirilir

25 Yanvar 2019 18:40

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qusar rayonunda miqrasiya qanunvericiliyinin təbliği və “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mirasiya bölməsinin fəaliyyəti barədə maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, tədbirdə Rusiya Federasiyası ilə həmsərhəd kəndlərin icra nümayəndələri, bələdiyyələr, həmin kəndlərin ictimai aktiv sakinləri və əcnəbi vətəndaşlardan ibarət 60 nəfər iştirak edib.

Arxeo Klub yaradıldı

25 Yanvar 2019 17:06

18 yaşınadək olan gənclərə gecə klubları və barlarda olması məhdudlaşdırılır

25 Yanvar 2019 16:17

“Gənclər siyasəti haqqında” qanunun maddələrinə dəyişikliklər nəzərdə tutulub. “Olaylar” xəbər verir ki, Qanunun 3-cü maddəsinə edilən dəyişiklikdə gənclərin maraq və ehtiyaclarının nəzərə alınması, gənclər siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və qiymətləndirilməsində gənclərin iştirakının nəzərə alınması, gənclərin təhsili və məşğulluğunun təmin edilməsi üçün şəraitin yaradılması əksini tapıb. Qanunun 4-cü maddəsinə yüksək nailiyyət əldə edən gənclərin təbliği, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli, asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, gənclər arasında hər növ ekstremizm, radikalizmin qarşının alınması kimi dəyişikliklər əksini tapıb.Qanunun 5-ci maddəsində isə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi məqsədi, onların ahəngdar inkişafı, gənclərin reablitasiyası məqsədi ilə “Gənclər evi”nin yaradılması nəzərdə tutulur.