Türkiyəli şəhid və qazı uşaqları Nəsimi rayonunda olublar

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində  səfərdə olan Türkiyə şəhid və qazi  övladları səfər çərçivəsində rayonda keçirilən  müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Azərbaycanda səfərdə olan türkiyəli şəhid və qazı uşaqları Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Onları Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbul edib. Səfir Erkan Özoral  20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində reallaşan səfərin əhəmiyyətindən danışaraq  bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" prinsipinə uyğun olaraq hər iki ölkənin  gələcək nəsillərinə qardaşlıq və birlik ideyalarının aşılanmasının böyük əhəmiyyəti vardır. Səfir həmçinin Türkiyə və Azərbaycan xalqlarının tarixi qardaşlığından danışaraq,  dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün belə qarşılıqlı səfərlərin həyata keçirilməsinin xüsusi rolunu qeyd etdi. Səfir  bildirdi ki, Türkiyəli gənclər və uşaqlar səfər zamanı qardaş Azərbaycan ilə bağlı ətraflı məlumat əldə edəcəklər və bu səfər onların yaddaşına əbədilik həkk olunacaqdır.

Türkiyənin şəhid və qazi uşaqları  3 saylı Uşaq-Gənclərin  İnkişaf Mərkəzində olarkən mərkəzin fəaliyyəti və müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş məşğələ otaqları ilə tanış  oldular, muxtəlif dərnəklərin "ustad dərsləri"ndə iştirak etdilər. Daha sonra dərnək üzvləri konsert proqramı ilə qonaqların qarşısında çıxış etdilər, milli rəqslər nümayiş edildi, mahnılar səsləndi.  Sonda Azərbaycanın milli şirniyyatları ilə çay süfrəsi ətrafında xatirə hədiyyələri qonaqlara təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31