Aygün Səmədzadənin oğlu qırğız xanımla evləndi - Foto
26 Yanvar 2019 09:38 SosialXalq artisti Aygün Səmədzadənin oğlu Mircəfər ailə həyatı qurur. Axşam.az-ın məlumatına görə, Mircəfər Sanira Hatun adlı türkdilli, qırğız xanımla evlənir.Məclisdən fotoları bəstəkarın qızı sosial şəbəkədə "Qardaşım evləndi" qeydi ilə paylaşıb.Xatırladaq ki, Mircəfərlə Saniranın nişan mərasimi 2017-ci ilin martın olmuşdu.Qeyd edək ki, A.Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır. Onun Ülkər adlı bir qızı da var. Ülkər ailə həyatı qurub və bir övlad anasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31