Lökbatanda hesabat yığıncağı keçirilib
25 Yanvar 2019 15:21 SosialLökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. "Olaylar" xəbər verir ki, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov hesabat verərək qeyd etdi ki, 2018-ci il Lökbatan qəsəbəsi üçün olduqca uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərindən 4 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinləri Pilot Layihəsi çərçivəsində inşa edilən binalara köçürülən qamış - taxta konstruksiyalı evlərdən köçürülən vətəndaşlar da ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.