Psixoloqdan müəllimlərə çağırış: "Şagirdlərə sevgi göstərilsə..."

Müntəzəm olaraq məktəblərdə şagirdlərə fiziki zorakılığın tətbiq olunması ilə bağlı informasiyalar yayılır. Bu , əlbəttə ,ciddi sosial problemdir . Müəllimlərin şagirdlərə fiziki zorakılıq göstərməsi şagirdlər üçün psixoloji travmadır . Bu da gələcəkdə daha ciddi fəsadlara yol açır . Bu barədə dəfələrlə danışılmasına və müzakirə olunmasına rəğmən hələ də problem kökündən həll olunmayıb . Odur ki , məsələ ilə bağlı psixoloq Sevinc Həbibova ilə danışdıq .

-Məktəblərdə şagirdlərə qarşı fiziki zorakılığın səbəbi nədir ? 

 

- Hazırki dövrdə demək olar ki , müəllimlər şagirdlərə fiziki zorakılıq tətbiq etmirlər .Çünki artıq şagirdlər əvvəlki dövr şagirdləri kimi deyillər . Yəni adi bir şey olsa belə , həmin dəqiqə qaynar xəttə zəng edərək şikayətlərini bildirirlər. Müəllimlərin əslində uşaqlardan istədikləri dərslərini oxumaları , nizam intizamlı olmalarıdır . Onlar istəyirlər ki , bildiklərini şagirdlərə çatdırsınlar , gələcək kadrları yaxşı yetişdirsinlər. Mənə elə gəlir ki , əslində , müəllimlər yox , şagirdlər bir -biri ilə yola getmirlər . Ancaq problemin səbəbi kimi müəllimlərin dərsi ələ ala bilməməkləri , nəzarət edə bilməməkləri , uşaqları sakitləşdirmək üçün zor tətbiq etmələri götürülür . 

 

- Müəllimlərin psixoloji testdən keçməsi nə qədər vacibdir? 

 

- Bəli , keçməlidir . Çünki onlar da müəyyən dövrlərdən keçib bu nöqtəyə gəliblər . Bəzən (əlbəttə ,bütün müəllimlərə şamil olunmur ) auditoriyanı ələ almağı , şagirdlərlə düzgün rəftarı , onların psixologiyasına uyğun davranış sərgiləməyi yaxşı bacarmırlar. Ola bilər ki , yüksək səviyyəli savada malik bir müəllimdir , ancaq psixoloji olaraq problemləri vardır . Belə müəllimlərin isə auditoriyaya buraxılması düzgün deyil . Amma elə müəllimlər də var ki , özləri təkid edirlər bu testlərdən keçməyə. 

 

- Çıxış yolu nədədir? 

 

- Ümumiyyətlə ,mən, zorakılıqla , zor tətbiq etməklə tərbiyənin verilməsi , təhsil vermənin , nizam -intizam öyrədilməsinin əleyhinəyəm. Uşaq əvvəlcə bir ailədə böyüyür , daha sonra mühitə , cəmiyyətə qarışır . Bu dövr uşaq psixologiyası üçün çox vacib dövrdür. Ona görə də həm valideynlər , həm də müəllimlər şagirdlərlə mülayim danışmalı , davranmalıdır. Onlara zor tətbiq edərək yox , izah edib , başa salaraq tərbiyə etmək lazımdır . ƏN GÖZƏL DƏRMAN SEVGİDİR. Uşaqlara sevgi göstərilsə , onlara mülayim dillə söz başa salınsa , onlar daha yaxşı tərbiyə olunacaqlar. Məsələn , bəzi ailələr var ki , uşağa stimul verib onun gələcəyini parlaq etmək əvəzinə , uşağa "sən heç nə bacarmırsan " , " sən heç nəyə yaramırsan" , "bacarmayacaqsan" ifadələrini işlədirlər . Əlbəttə ki , uşaq bu durumdan psixoloji travma alır və aqressivləşir . Uşaqda özgüvən yaratmaq lazımdır. Hansısa problem yaşananda isə " heç nə olmaz , düzəldərsən" , "eybi yoxdu müəllimlə danışarıq , həll edərik " ifadələrindən işlətməklə uşaqlarda psixoloji sakitliyi qorumağı bacarmalıyıq .

Aysun  Ədalətqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31