Siyasəti yalnız bilmək kifayət deyil, onu həm də duymaq lazımdır -Özəl

"Siyasi təhlil fərziyyələrə, emosiyalara və şəxsi mülahizələrə deyil, elmi biliklərə, faktlara, analitik düşüncəyə və hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin düzgün dərk edilməsinə əsaslanmalıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Siyasəti yalnız bilmək kifayət deyil, onu həm də duymaq lazımdır. Siyasi proseslərin görünən tərəfi ilə yanaşı, görünməyən səbəblərini, aktorların maraqlarını, qərarların arxasındakı strateji məntiqi və mümkün nəticələri anlamaq vacibdir.
Əsl siyasi təhlil baş verənləri sadəcə şərh etmək deyil, hadisələrin mahiyyətini anlamaq, proseslərin istiqamətini müəyyənləşdirmək və gələcək inkişaf meyillərini qiymətləndirmək bacarığıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31