“Olaylar” xəbərlərini “WhatsApp” istifadəçilərinə daha əlçatan etdi

 

 

"Olaylar" İnformasiya Agentliyi oxucularını daha operativ şəkildə məlumatlandırmaq üçün sosial şəbəkələrdə fəaliyyətini genişləndirib.

Media qurumu öz istehsalı olan xəbərlərin "WhatsApp" kanalı vasitəsilə yayımını həyata keçirir.

"Olaylar" dünyada ən sürətli mesajlaşma sistemləri arasında daha geniş yayılmış proqram olan "WhatsApp" tətbiqində kanal açıb. Belə ki, tətbiqin status paylaşma bölməsinə daxil olaraq "Olaylar"ın gün ərzində yaydığı ən vacib xəbərləri operativ qaydada oxumaq mümkündür.

"Olaylar"ın "WhatsApp" kanalına bu link vasitəsi ilə qoşulmaq olar: https://whatsapp.com/channel/0029VaAQDGG1NCrLqDCPr31x

Qeyd edək ki, "Olaylar" İnformasiya Agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. 

İyirmi doqquz ildir fəaliyyət göstərən agentlik media və texnologiya sahəsində yenilikləri yaxından izləyir və gündəlik iş prosesində tətbiq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31