Şamaxıya qazın verilməsində məhdudiyyət olacaq

Bu gün Şamaxı şəhəri daxil olmaqla rayonun 4 qəsəbənin və 26 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, qazın verilməsində məhdudiyyət "Qaz İxrac" İdarəsinə məxsus "Altıağac-Ağsu" magistral qaz kəmərinin 71-72-ci və 72,5-73,5-ci km hissələrində yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud kəmərə birləşdirilməsi ilə bağlı yaranan texniki səbəbdən meydana gələcək. Belə ki, bu gün işlər başa çatana qədər "Şamaxı" və Çuxuryurd" QPS-lərdən qaz təchizatının dayandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31