"Uşaqlar cəmiyyətimizin gələcəyi" adlı tədbir keçirilib - ÖZƏL
1 Noyabr 2023 10:12 SosialOktyabrın 31-də Yardımlı rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Yardımlı rayon Peşə Məktəbinin kollektivi ilə birlikdə tədbir keçirilib. Muzeydən "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Əlisəfa Əhmədoğlu ilk öncə şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükütla yad edilməsini xahiş edib. Daha sora çıxış edərək uşaqlar bizim gələcəyimizdir, uşaqlrın hüquqlarının qorunması və hər bir uşağın təhsilli olması barədə fikirlərini ifadə edib. Daha sonra muzey əməkdaşı Anar Baloğlanlı, Qəzənfər Əzizov və Peşə Məktəbinin direktoru Qabil Ağayev çıxış edərək öz fikirlərini bildiriblər. Yekunda şagirdlərin iştirakı ilə ekskursiya təşkil olunub və xatirə fotoları çəkilib.
