Bu rayonlara istiliyin verilməsinə başlandı
1 Noyabr 2023 10:44 SosialBu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.
Bu barədə Olaylar.az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.
O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.
"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31