Əfqan Cəlilova yüksək vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad olunaraq yeni vəzifəyə təyin olunub.

Olaylar.az bildirir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.

Belə ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.

Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31