Sabah bu ərazilərdə qaz olmayacaq
31 Oktyabr 2023 18:54 SosialSabah saat 10:00-dan etibarən "Müşfiqabad" QPS-də görüləcək təmir işləri səbəbindən "Sulutəpə-Xırdalan" ölçü qovşağından qidalanan "Müşfiqabad Daxili" ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31