Fətəli Abdullayevə yeni vəzifə verilib.

Fətəli Abdullayevə yeni vəzifə verilib.

Olaylar.az xəbər verir ki, Fətəli Abdullayev Seysmoloji Xidmət Mərkəzində Baş direktorun İnnovativ layihələr üzrə müavini təyin edilib.

Fətəli Abdullayev 1966-cı il martın 6-da Qubadlı rayonunda  anadan olmuşdur. 1972-1983-cü  illərdə Qubadlı rayonu Dondarlı kənd orta məktəbində təhsil almış, 1986-1990-cı illərdə isə Rusiya Federasiyasının Voronej şəhərində  İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

F.Abdullayev 1992-1996-cı illərdə Azərbaycan Respublikası "Şelflayihətikinti" İB-nin 4 saylı TQİ-də master, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə 12 saylı trestin müdiri vəzifəsində çalışmışdır.

2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Beynəlxalq Münasibətlər" kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını almışdır.

F.Abdullayev bir çox elmi məqalə və kitabların müəllifidir.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

2013-cü ildən 2020-ci ilədək AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31