Ən optimal tədris ili 1 sentyabr 30 maydır - ÖZƏL

"1 - 15 sentyabr dərs müddəti ilə 1 - 14 iyun dərs müddətini eyniləşdirmək, hava temperaturu eynidir demək boş və absurd fikirdir". "Olaylar" xəbər verir ki, bunu deyən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə,  ona görə ki, 1 - 15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün daha əlverişlidir: "Amma 1 - 14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur. Bundan başqa, 1 - 15 sentyabr təsirin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjilidirlər, həvəslidirlər. 1 - 14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür. Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr 30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31