Kamran Əliyev Pərvin Bağırovanı prokuror təyin etdi
15 May 2023 11:47 SosialBaş Prokurorluğun Mətbuat Xidmətinə yeni təyinat olub.
APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Bağırova Pərvin Əhliman qızı mətbuat xidmətinin prokuroru təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl mətbuat xidmətinin prokuroru Əfəndiyeva Aynur Vüsət qızı vəzifəsindən azad olunaraq, qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31