Şəhid Heybət Hüseynovun anım mərasimi keçirilib - ÖZƏL
15 May 2023 10:25 Sosial14 may 2023 -cü il tarixdə Yardımlı rayon Bozayran kənd orta məktəbində şəhid Hüseynov Heybət Millət oğlunun şəhdlik zirvəsinə ucladığı gün hörmətlə anılıb. "Olaylar" xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Yardımlı Təhsil sektorunun müdiri Kamal Çayaxarlı müəllim, şəhid valideyinləri və qazilər, Yardımlı yazarları və rayon xeyiriyyə cəmiyyətinin üzvləri, şəhidin yaxınları və kənd sakinləri iştirak edirdi.Tədbir zamanı şəhidin xatirələri yada salınaraq onun qəhrəmanlığı haqqında söhbətlər edilmişdir.Daha sonra şəhidin məzarı ziyarət olunaraq ruhuna dualar oxunmuşdur.
Xatırladaq ki, Hüseynov Heybət Millət oğlu 1968 -ci ildə Yardımlı rayonu Bozayran kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra 1986-1988 -ci illərsə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.1994 -cü ildə Qarabağda döyüşlərin getdiyi bir vaxtda vətənin dar günündə könllü olaraq vətənin müdafiəsinə yollanmış və Füzuli bölgəsində hərbi əməliyyatlarda iştirak etmişdir.14 may 1994-cü ildə döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Allah rəhmət eləsin.

