Şəhid Məhəmməd bu rayonda dəfn olunacaq

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə şəhidimizin Qəbələ rayonunda dəfn olunacağı ilə bağlı məlumat yayılıb.

Həmçinin, 22 yaşlı Məhəmməd Qarayevin evin tək oğlu olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31