AZAL-ın Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarəsi GERİ QAYITDI
12 May 2023 21:54 Sosial"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.
Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31