Naxçıvandan da peyklərimizi idarə etmək mümkündür - Saməddin Əsədov

Azərbaycanda peyklərin idarə edilməsi üçün alternativ nöqtələr də var.

Trend-in məlumatına görə, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Kosmik fəaliyyət haqqında" haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, kosmos sahəsi kifayət qədər konservativ və risk yönümlüdür.

"Bakıda hansısa fövqəladə problemlər yaranarsa, Naxçıvandan da peyklərimizi idarə etmək mümkündür", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31