Baş nazir Dövlət Xidmətinin mülki işçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərar imzaladı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Olaylar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Maliyyə Nazirliyinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31