Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı - VİDEO
20 Aprel 2023 15:53 Sosialİki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər "Biz burdayıq" sözləri ilə yayılmışdı.
Olaylar.az bildirir ki, Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Həmin şəxsin erməni olmadığı bildirilir.
Ətraflı məlumat əldə etməyə çalışırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31