Formula 1 üçün Bakıya gəlir
19 Aprel 2023 16:50 Sosial2016-cı ildə Xorvatiya gözəli seçilən İvana Knoll Azərbaycana gəlir.
Olaylar.az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat verib. Model qeyd edib ki, 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yer alacaq.
İ. Knoll paylaşdığı videoda Formula 1-in böyük pərəstişkarı olduğu üçün çox həyəcanlı olduğunu deyir: "Bunu qaçırmaq mümkün deyil. Mənə qoşulun, tezliklə görüşərik".
Qeyd edək ki, xorvatiyalı modelin Instagram səhifəsinə 3,4 milyondan çox izləyicisi var.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31