Bakıda "Formula 1"lə əlaqədar 6 məktəb distant təhsilə keçəcək
19 Aprel 2023 16:25 SosialBakıda keçiriləcək "Azərbaycan Qran Pri" ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Olaylar.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31