Azərbaycanda bu şəxslər maaşdan əlavə 600 MANAT ALACAQLAR - VİDEO
19 Aprel 2023 11:27 SosialQarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.
Olaylar.az Day.Az-a istinadən xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.
Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.
Millət vəkili Vüqar Bayramov itv-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əmək haqlarında artımların olmasına şərait yaradacaq.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31