Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
19 Aprel 2023 11:25 SosialAzərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul tarixinə qədər uzadılıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31