Seciçilər deputatdan bunları tələb etdilər? - ÖZƏL
19 Aprel 2023 11:13 SosialMillət vəkili Kamal Cəfərov seçiciləri ilə kollektiv görüş keçirib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib: "Kürkəndi kəndinin bir qrup sakini ilə kollektiv görüşüm oldu. Görüşdə Kürkəndi kəndində yeni avtobus dayanacaq məntəqəsinin qurulması, poçt şöbəsinin açılması, tibb məntəqəsinin istilik sisteminin qurulması, futbol meydançasının qurulması və kənd qəbiristanlığındakı transformatırın yenilənməsi məsələlərini müzakirə etdik. Kollektiv görüşdə qaldırılmış məsələlərin həlli istiqamətində çalışmağa başlamışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31