Nazir ali təhsillə bağlı prioritetləri açıqladı - VİDEO

Ali təhsil sistemimizlə bağlı bir sıra prioritetlərimiz var. Burada ilk növbədə Azərbaycan universitetlərində tədqiqat və təhsilin keyfiyyətinin artırılması istiqamətində reytinqlərdə irəliləməkdir.

Olaylar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bir sıra problemlərə görə Azərbaycanın ali məktəblərinin dünyanın tanınmış reytinq cədvəllərində yer alması çətindir.

Emin Əmrullayev ali məktəblərin dünya miqyasında tanınması üçün bir sıra şərtlərin vacib olduğuna diqqət çəkib.

Nazir Azərbaycan universitetlərinin peşəkar kadr yetişdirə bilməməsi ilə bağlı fikirlərə də münasibət bildirib. Amma Emin Əmrullayev düşünür ki, statistik məlumatlar ali təhsilə marağın artdığını göstərir.

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasından da danışıb. O bildirib ki, hər şikayətə görə direktoru işdən azad etmək olmaz.

"Hansısa direktorla bağlı cinayət işi başlanırsa onlar müəyyən müddətə işindən kənarlaşdırılır. İşdən azad olunmaq və ya işinə davam etmək barədə

 

yekun qərar isə məhkəmənin hökmündən asılı olaraq verilir" - nazir deyib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31