Ermənilər Bakıdan video paylaşdı: “Biz burdayıq” - VİDEO
18 Aprel 2023 15:27 SosialErməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, videoda Şəhidlər Xiyabanında olan bir qadın telefonunda Ermənistanın gerbini göstərir, digər kamera ilə isə ətraf ərazi görüntülənir.
Videonun montaj olub olmadığı bilinməsə də, ermənilər bu görüntünü "Biz burdayıq" sözləri ilə tirajlayıb.
Qeyd edək ki, 4 iyun 2022-ci ildə də 15 yaşlı şərti adı Fidan olan qız uşağı ADNSU-nin qarşısında video çəkmişdi. O, DTX tərəfindən yaxalanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31