Hamiləlik əleyhinə həblər nəyə ziyandır? - ÖZƏL
18 Aprel 2023 12:17 Sosial"Müasir hamiləlik əleyhinə həblərdə hormonların dozası daha azdır. Lakin belə hesab olunur ki, əgər qadın 5 il ərzində bu həbləri daim qəbul edirsə, bu ürək xəstəliklərinin inkişafının riskini 2 dəfə artırır". "Olaylar" xəbər verir ki, bunu kardiolaq Günel Kərimova deyib: "Əgər qadının yaxın qohumları arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlər varsa (və ya olubsa), bu halda qadın hamiləlik əleyhinə həblərin qəbuluna daha ehtiyatla yanaşmalı və ya belə preparatlardan ümumiyyətlə imtina etməlidir".
Kardioloq əlavə edib ki, uzunmüddətli araşdırmalar nəticəsində məlum olub ki, gün ərzində 1-3 fincan qəhvə ürəyin fəaliyyətinə mənfi təsir etmir: "Lakin nəzərə almaq lazımdır ki, qəhvə orqanizmdən kaliumu xaric edir. Kalium isə ürəyin normal fəaliyyəti üçün olduqca vacib mineraldır".