Tanınmış iş adamına cinayət işi açıldı, axtarışa verildi
17 Aprel 2023 13:11 Sosialİş adamı Şərif Salmanova cinayət işi açılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Ş.Salmanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312.2-ci (Rüşvət vermə) maddələri ilə ittiham elan edilib. Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir.
Ş.Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış da elan edilib.
Qeyd edək ki, "İTCC" və "Bakı Training mərkəzi"nin rəhbəri olan Ş.Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi də dəvət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31