Tanınmış meyxanaçı “BOMJ” HƏYATI YAŞAYIR – VİDEO
14 Aprel 2023 10:31 SosialMəşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.
Olaylar.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində məlumat verilib.
17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: "Burada qalıram, evim-eşiyim buradır".
Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.
Bu da onun son durumunu əks etdirən görüntülər:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31