İsti havada ürək xəstəlikləri olan insanlarda infarktın riski artır - ÖZƏL
14 Aprel 2023 10:26 Sosial"Çox isti havada ürək həddən artıq yüklənir. Sağlam insanın ürəyi belə yükləmələrə tab gətirir". "Olaylar" xəbər verir ki, bunu deyən kardioloq Günel Kərimovanın sözlərinə görə, ürəyi zəif olan insanlarda isə ürək döyünməsinin tezliyi artır, təzyiq gah düşür, gah da qalxır, ödemlər əmələ gəlir, damarlarda trombların əmələ gəlmə riski artır: "Belə insanlar üçün hava hərarətinin kəskin dəyişilməsi xüsusilə təhlükəlidir (evdə kondisioner, çöldə isti hava). İsti havada ürək xəstəlikləri olan insanlarda infarktın riski artır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31