Şuşamızın baharından danışım... - VİDEO + FOTO
13 Aprel 2023 19:57 SosialAxır ki, qışın son qarı Şuşanın dağlarını, çəmənlərini, yollarını, cığırlarını tərk edib getdi. Bəlkə də o bir az da ləngiyərdi. Ancaq ilıq nəfəsli bahar "bəsdir, yetər, artıq mənim dövranımdır" - dedi. Göyün üzü açıldı, Günəş şəfəqlərini hər yana yaydı. Qarın soyuğundan üşümüş çiçəklər sevinclə Günəşə doğru boylandılar. Artıq canlanmış qocaman şəhər də, əsrarəngiz təbiət də baharın xoş duyğularına daldı. Bu yerdə aşağıdakı misralar yada düşür:
Şuşamızın baharından danışım,
Sanmayın ki, gördüklərim yuxudu.
Səhər şehi parladı işım-işım,
Çiçəkləri min bir ətir qoxudu.
Olaylar.az AZƏRTAC-a istinadən Şuşada çəkilən foto və videogörüntüləri təqdim edir.























Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31