Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ! - Bundan sonra... - VİDEO

Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.

Olaylar.az xəbər verir ki, QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.

Nəqliyyat üzrə ekpert Elməddin Muradlı AzTV-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı bu təcrübəyə keçid edilib:

"Bu şəxslərə sınaq müddəti verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".

Sözügedən sujeti təqdim edirik: https://www.youtube.com/watch?v=d3SsYS6dNrI&ab_channel=Teles%C9%99h%C9%99r

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31