Dayanma-durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO

Bakıda dayanma-durma qaydasını pozmayan sürücülər cərimə olunur.  Bu barədə oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Olaylar.az Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən gedir. Oxucu bildirir ki,  Allahyar Nəsibov küçəsindən sola - C.Məmmədquluzadə küçəsinə  dönən sürücülər üçün dayanma-durmanı qadağan edən nişan olmadığı üçün sürücülər avtomobillərini yolun sağ kənarında park edirlər. Lakin yol polisi əməkdaşları həmin sürücülərə cərimə yazır və əsas gətirərək bildirirlər ki, C.Məmmədquluzadə küçəsinin başlanğıcında (Bakıxanov prospektinin kəsişməsindən başlayaraq) dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb.

Qeyd edək ki, C.Məmmədquluzadə küçəsinin başlağıcında quraşdırılmış 3.27 nişanı yolayrıcında, yəni Allahyar Nəsibov küçəsi ilə kəsişmədə qüvvəsini  itirir. "Yol hərəkəti haqqında" qanunda bununla bağlı müddəa da öz əksini tapıb.  Belə ki, 64-cü maddəsinin VI hissəsində qeyd olunub ki, 3.27 nişanını qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər qüvvədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31