Eduard Bağırov 48 yaşında vəfat etdi - FOTO

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 48 yaşında vəfat edib.

Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, o, Moskvada dünyasını dəyişib.

Bloger İlya Varlamovun sözlərinə görə, yazıçı son bir həftə ərzində komada olub.

Eduard Bağırov 1975-ci ildə Türkmənistanda anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. Bağırov "Qonaq işçisi", "Aşiqlər" və "İdealist" romanlarının müəllifi, kino yazıçısı və siyasi məsləhətçi kimi tanınır. 

2002-ci ildə Eduard Bağırov yazıçı Sergey Minayevlə birlikdə "litprom.ru" ədəbiyyat portalını təsis edib və 2005-ci ildən onun baş redaktoru olub.

Bağırov 2012-ci il seçkilərində Vladimir Putinin rəsmi nümayəndəsi olub, həmçinin 2016-cı ildə Rusiya vətənpərvərləri partiyasından Dövlət Dumasına namizədliyini irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31