Əkin sahələrində gəmiricilərə qarşə mübarizə tədbirləri həyata keçirilir

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, cari ilin yanvar ayından bugünədək 197789 hektar sahədə müşahidələr aparılmış, 161676 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 1948 hektar sahədə mexaniki mübarizə və 154574 hektar sahədə kimyəvi mübarizə  tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir: "Bildiririk ki, çöl siçanları kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədir. Onların vurduğu ziyan toxumların cücərməsi dövründən başlayır, dənin yetişmə dövrünə qədər davam edir. Çöl siçanlarına qarşı mübarizə bir hektarda işlək yuvaların sayı payız mövsümündə 50, erkən yazda 75, yaz mövsümündə 100 yuva olduqda aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31