"Zərifə xanım  Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi" adlı  tədbir keçirilib - ÖZƏL - FOTO

Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə bağlı Yardımlı rayon Köryədi kənd ümumi orta məktibin kollektivi ilə birlikdə "Zərifə xanım  Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi" adlı  tədbir keçirilib. "Olaylar" xəbər verir ki,  tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Anar Baloğlanlı şəhidlərimizin, Zərifə xanım Əliyevanın və  Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Daha sonra çıxış edən muzey əməkdaşı Əlisəfa Əhmədoğlu Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 

Məktəbin müəllimi İfadə xanım Ağayeva da çıxış edərək məktəblilərə görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz - əsl Azərbaycan qadınının obrazı canlanır", - deyə İfadə müəllimə qeyd edib . 

Yekunda məktəblilərə muzey əməkdaşı Aqil Əlizadənin rəhbərliyi ilə ekskursiya aparıldı və xatirə fotoları çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31