Azərbaycanda nazir vəzifəsindən azad olundu
12 Aprel 2023 11:39 SosialNaxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.
Olaylar.az bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Bu gün imzalanan digər sərəncamla Samiq Asəf oğlu Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31