BMW və “Porsche”ni atasının adına olan küçədə yandırıbmış - VİDEO
12 Aprel 2023 11:21 SosialXəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.
F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.
Xatırladaq ki, ötən gün F.Hacıyev tərəfindən Göygöldə küçədə BMW və "Porsche" markalı minik avtomobilləri yandırılıb. O, şübhəli şəxs qismində saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31