Ötən gün şəhid olan Vidadinin atası: “Xəbərim olmadan hərbi xidmətə yazılmışdı” - VİDEO
12 Aprel 2023 11:13 Sosial"Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı".
Bu sözləri ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovun atası Nizami Zalov deyib.
O bildirib ki, Vidadi Zalov dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə qulluq edib.
"Vidadi ali təhsilli idi. Bizdən də çox vətənini sevirdi. O, həmişə vətəninə xidmət etmək istədiyini deyirdi", - deyə o qeyd edib.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31